Buzadırmanma üzrə Açıq Respublika Çempionatının sürət mərhələsinin keçirilməsinə 3 gün qaldı
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilən Buzadırmanma üzrə Açıq Respublika Çempionatının II turu - sürət mərhələsi 18-19 fevral 2012-ci il tarixlərində keçiriləcək.
Çempionatda Rusiya Federasiyasının, Türkiyə və İran Respublikalarının idmançıları iştirak edir.
Qeyd edək ki, keçən illərdən fərqli olaraq bu il yarışa qatılan idmançıların sayının çox olmasından, həmçinin yarış qaydaları Türkiyədən gəlmiş UİAA-nın beynəlxalq dərəcəli hakimi Murad Səlim Şirin tərəfindən beynəlxalq tələblər səviyyəsində qurulduğundan və hava şəraitinin sərt, şaxtalı olduğundan nəzərdə tutulan iki gün ərzində yalnız çempionatın təsnifat və I tur- çətinlik mərhələlərini tam keçirmək mümkün olub.
I tur-çətinlik mərhələsinin nəticələri aşağıdakı kimidir:
1-ci yer Məsud Zeynali (İran idmançısı)
2-ci yer Xızrıyev Rəcəb (Rusiya idmançısı), Şinqayev Şirxan (FAİREX-in idmançısı)
3-cü yer Qareyxanov Şamil (FAİREX-in idmançısı), Abdullayev Əli (DİK-in idmançısı)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB