Almaniyanın Hamburq şəhərində Peşəkar Boks üzrə Dünya Çempionatı keçirilib. SİA-nın Almaniyadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, çempionatda Azərbaycanı Alman-Azərbaycan mədəniyyət cəmiyyətinin boksçusu, İBF-Avropa, TWBA, İBO-Beynəlxalq, İBO-İnter-Continental çempion adına layiq görülmüş boksçumuz Azad Əzizov təmsil edib.
Qeyd edək ki, Azadın döyüşü Xocalı soyqırımının 20 illiyinə həsr olunmuşdu və tədbir Almaniyadakı Azərbaycan səfirliyinin, Maqdeburq şəhərində fəaliyyət göstərən LBN boks klubunun, Azərbaycan Həvəskar Boks Federasiyasının və Zaksen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan mədəniyyət cəmiyyətinin dəstəyi ilə təşkil edilmişdi. Almaniya, Macarıstan, Türkiyə, Polşa, Gürcüstan, Keniya, Çexiya və başqa ölkələrin iştirak etdiyi çempionatda Azad Əzizovun rəqibi keniyalı idmançı olub. Rəqib reytinqinə görə çempionatın ikinci boksçusu hesab edilirdi. Tamamilə dolu olan zalda Azadın azarkeşləri də az deyildi. Başda Almaniyadakı səfirimiz Pərviz Şahbazov olmaqla soydaşlarımız boksçumuza dəstək verməyə gəlmişdilər. Gərgin keçən 8 raundluq döyüşün sonunda hakimlər heyətinin biri Azada qələbə versə də qalan ikisi bərabərlik işarəsi verib və beləliklə döyüş heç-heçə başa çatıb.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB