Nəhayət ki, bu gün Türkiyədə, Silivri həbsxanasında aralarında "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırımın da olduğu 93 nəfərin məhkəməsi başlayıb. Siasport.az saytı xəbər verir ki, Ə.Yıldırım çıxışında bir sıra iddialı bəyanatlar verərək, heç bir qanuna zidd işlərdə iştirak etmədiyini, ona qarşı irəli sürülən ittihamların yalnız və yalnız bir böhtan olduğunu bildirib. "Fənərbaxça" prezidenti günahının sübuta yetiriləcəyi təqdirdə özünü yaxınlıqdakı körpüdən aşağı atmağa belə hazır olduğunu dilə gətirib:
"Deyirsinsiz ki, mən İbrahim Akına 100 min dollar rüşvət vermişəm. Sizdən soruşuram, niyə görə vermişəm, hansı tarixdə vermişəm, hansı hesabdan vermişəm?.
Günahımı sübuta yetirin, gedim özümü yaxınlıqdakı körpüdən aşağı atım. Özü də hamınızın gözü qarşısında. Ölkənin dərdələri, problemləri başdan aşır, bunlar futbolda olmayan məsələrin arxasınca düşüb bizi məhv etməyə çalışırlar. Bir çoxları isə qorxudan dillərini belə bağlayıblar. Bizim mübarizəmiz zalımladır, zülmə qarşıdır:-deyə Ə.Yıldırım fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB