Aleksandr Starkov "Qarabağ"a meydan oxudu!

Aleksandr Starkov "Qarabağ"a meydan oxudu!
"Bakı"nın baş məşqçisi Aleksandr Starkov bir sıra açıqlamalrala çıxış edib. Siasport.az saytı xəbər verir ki, klubun "fcBTv" televiziyasına müsahibə verən futbol mütəxəssisi, komandanın hazırkı durumu və qarşıdakı planlar barədə danışıb:
"Fikrimcə, "Bakı" çempionatın ikinci mərhələsinə yaxşı hazırlaşıb. Bir neçə mövqeyə səviyyəli futbolçular transfer etmişik. Buna görə də komandada hər şey qaydasındadır. Düşünürəm ki, futbolçuların öz ustalıq səviyyəsini göstərmələrinə heç nə mane olmayacaq. İlk görüşümüz isə Azərbaycan ən güclü komandalarından birinə qarşı olacaq. "Qarabağ"la oyunumuz çox maraqlı keçəcək. Doğma meydanda oynadığımız üçün qalib gələcəyimizə inanıram. İkinci mərhələyə qələbə ilə başlamaq üçün əlimizdən gələni edəcəyik. Əsas məqsədimiz ilk "altılığ"a vəsiqə qazanmaqdır. Daha sonra isə mümkün qədər çox xal toplamaqla liderlər sırasında qərarlaşmaq istəyirik. Bu artıq bir həqiqətdir ki, Azərbaycan çempionatında zəif komanda yoxdur. Hər bir komanda ilə hesablaşmaq lazımdır. Təbii ki, hazırki rəqibimiz çox güclüdür. Ancaq komandam da zəif deyil və bizim yaxşı oyunçularımız var".

Bütün xəbərlər Facebook səhifəmizdə