"Simurq" futbol klubu daha bir futbolçunun transferini reallaşdırıb. Siasport.az saytı klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Zaqatala təmsilçisi Anatoli Doroşla rəsmi müqavilə imzalayıb. Futbolçu ilə bağlanan müqaviləyə əsasən, 29 yaşlı moldovalı futbolçu mövsümün sonunadək Zaqatala təmsilçisinin şərəfini qoruyacaq. Müqavilənin şərtlərinə görə, mövsümün sonunda müddətin artırılması da nəzərdə tutulur.
Qeyd edək ki, Doroş 2006-2007-ci illər mövsümündə "MKT-Araz"da, 2007-2008-də "Standard"da, 2008-2009-da "Karvan"da, 2010-2010-da isə "Olimpik"də (indiki AZAL) top qovub. O, Unibank Premyer Liqasında ümumilikdə 79 oyun keçirib və 30 qol vurub. Ölkəmizdən getdikdən sonra Odessa "Çornomorets"ində çıxış edən 29 yaşlı hücumçunun son iş yeri Qazaxıstanın "İrtış" klubu olub. Moldova yığmasında 16 oyun keçirib 2 qol vuran futbolçu bundan başqa Moldovanın "Nistru", Polşanın "Legia", "Poloniya" (Varşava), "Korona" və Rusiyanın "Volqa" (Ulyanovsk) klublarında çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB