Arda Turan komandasında ən çox sarı vərəqə görən 7 futbolçusundan biridir
Arda Turan İspaniyanın "Atletiko Madrid" futbol klubunda ən çox sarı vərəqə görən 7 futbolçudan biridir. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Türkiyə millisinin forvardı, daha çox ispanca bilmədiyinə görə hakimlərlə əl-qol vasitəsi ilə etiraz etdiyi üçün "layiq görülür". Məsələ burasındadır ki, hakimin qərarı ilə bağlı referi ilə söhbət etməyi bacarmayan A.Turan yalnız əl-qol vasitəsi ilə etiraz bildirir ki, bu da hakimlər tərəfindən qayda pozuntusu kimi qiymətləndirilir.
"Rasinq"lə keçirilən son qarşılaşmada hakimin qərarına etiraz etdiyi üçün sarı vərəqə ilə cəzalandırılan A.Turanın, məhz hakimlə dialoq qura bilməməsi və onu başa düşmədiyi nəticəsində belə duruma düşdüyü bildirlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB