Sabah Unibank Premyer Liqasının XX tur görüşlərində "Qarabağ" komandası "Bakı" Futbol Klubu ilə qarşılaşacaq. Siasport.az saytının klubun rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, "Qarabağ" sabah qış fasiləsindən sonra ilk matçını keçirəcək.
Məlumat üçün bildirək ki, "Qarabağ"ın rəqibi çempionluğa iddialı "Bakı" klubudur. Eyni xala malik komandalar qonşu pillələrdə qərarlaşıb.
Qeyd edək ki, "Bakı"nın bazasında keçiriləcək oyun tərəflərin sayca 40-cı görüşü olacaq. Komandaların geridə qalan 39 görüşünün 35-i çempionat, 4-ü isə kubok çərçivəsində baş tutub. Geridə qalan görüşlər ərzində "Qarabağ" 14 qələbəni bayram edib.
Paytaxt təmsilçisi isə 13 dəfə eyni uğura imza ata bilib. 12 görüşdə isə qələbə sevincini görən olmayıb. Topların fərqinə gəlincə, 43 dəfə bakılılar fərqlənib, rəqib isə 2 qol daha artıq vura bilib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB