“Xəzər Lənkəran” Unibank Premyer Liqasının XX turunda “AZAL” ilə 20-ci dəfə qarşılaşacaq

“Xəzər Lənkəran” Unibank Premyer Liqasının XX turunda “AZAL” ilə 20-ci dəfə qarşılaşacaq

Unibank Premyer Liqasının XX turunda "Xəzər Lənkəran" komandası "AZAL" klubu ilə qarşı-qarşıya gələcək. Klubdan siasport.az saytına verilən məlumata görə, rəqiblər artıq 20-ci dəfə görüşəcək.

Məlumat üçün bildirək ki, əzəli rəqiblər bu günə qədər 15 dəfə çempionatda, 4 dəfə isə Azərbaycan kubokunda üz-üzə gəliblər. Belə ki, görüşlərin 19-da "Xəzər Lənkəran" klubu rəqibini üstələyə bilib.

Çempionatdakı 15 oyunda cənublular 10 qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib, 2 dəfə isə məğlub olub. Top fərqində isə "AZAL" rəqibindən az qala 3 dəfə geridə qalıb (20:7).

Bu dəfə ki qarşılaşma isə hər iki klub azarkeşləri tərəfindən maraqla gözlənilir.


Orxan Faiqov


Bütün xəbərlər Facebook səhifəmizdə