Çimərlik futbolu üzrə Azərbaycan millisi vətənə qayıdıb

Çimərlik futbolu üzrə Azərbaycan millisi vətənə qayıdıb
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Grand-Prix "Winter OBSL 2012" beynəlxalq turnirinin qalibi olmuş çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Bəhram Hətəmov vətənə qayıtdıqdan sonra iddialı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, B.Hətəmov açıqlamasında bildirib ki, həm o, həm də komanda üzvləri qələbəyə inanıblar:
"Bütün oyunlarda çox çətin qələbələr qazandıq. Amma sonda istədiyimizə nail olduq. Bütün komandalarımıza bu il keçirəcəkləri oyunlarda uğurlar arzulayıram. Bizi isə qarşıda daha çətin oyunlar və qələbələr gözləyir. Bizə yüksək səviyyədə şərait yaratdığına, yarışda iştirakımızı təmin etdiyinə görə, AFFA-nın və Çimərlik Futbol Federasiyasının rəhbərliyinə təşəkkürümüzü bildiririk."
Xatırladaq ki, futbolçularımız final görüşünədək "Kristal" (3:2), "Podvodnik" (4:1), ELMONT (5:4) və "Sovmortrans"(5:4) kollektivlərini məğlub ediblər. Həlledici oyunda isə Polşa yığmasından (1:0) üstün olan millimiz turnirin qalibi adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə