İstanbulun "Fənərbaxça" futbol klubunun baş məşqçisi Aykut Kocaman, bu gün komandanın kapitanı Aleks de Souza ilə görüşərək onu mətbuata verdiyi açıqlamalarda ehtiyatlı olmağa çağırıb. Siasport.az saytı xəbər verir ki, "Sivasspor"la keçirəcəkləri qarşılaşmaya hazırlaşan komandada bir gərginlik hökm sürür. Təlim-məşq prosesindən əvvəl braziliyalı futbolçu ilə bir saata yaxın söhbət edən baş məşqçi, ondan komandanın durumu ilə bağlı mətbuata açıqlama verməməyi, futbolçuların fiziki imkanları barədə sərt ifadələr işlətməməyi tələb edib. Xatırladaq ki, Aleks, bundan əvvəl həm mətbuatda həm də öz şəxsi twitter səhifəsində komandanın oyun taktikası barədə sərt açıqlamalrla çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB