“Neftçi” “Sumqayıt”la qarşılaşma öncəsi məşq keçirib

“Neftçi” “Sumqayıt”la qarşılaşma öncəsi məşq keçirib

"Neftçi" Peşəkar Futbol Klubu Unibank Premyer Liqasının XX turunda təyinata əsasən qarşılaşacağı "Sumqayıt" komandası ilə oyun əvvəli hazırlığını davam etdirib. Siasport.az saytının klubun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, komanda üzvləri "Şəfa" stadionunda məşq keçirib.

Məlumat üçün bildirək ki, Böyükağa Hacıyevin rəhbərlik etdiyi məşqdə əsas heyətin bütün futbolçuları iştirak edib. Futbolçular ilk öncə isinmə hərəkətləri ediblər, sonra isə ikitərəfli oyun keçirilib.


Orxan Faiqov


Bütün xəbərlər Facebook səhifəmizdə