Erik Gerets "Türk Telekom Arena"da!

Erik Gerets "Türk Telekom Arena"da!
Bir vaxtlar İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi olan məşhur belçikalı futbol mütəxəssisi Erik Gerets, sən demə "Qalatarasaray"ın oyununu izləmək üçün "Türk Telekom Arena"da olub. Siasport.az saytı xəbər verir ki, Türkiyə Superliqasının sonuncu turu çərçivəsində öz meydanında "Kayserispor"la qarşılaşan "cim bom"u tribunadan izləyənlər arasında E.Gerets də olub. Türkiyəli jurnalistlərlə söhbət edən E.Gerets, "Qalatasaray"ın hazırkı çıxışından məmnun olduğunu, baş məşqçi Fatih Terimlə qarşılaşmadan sonra kofe içərək söhbət etdiklərini bildirib. Belçikalı futbol mütəxəssisi, xüsusi ilə "Qalatasaray" azarkeşlərinin öz komandalarına yenə də möhtəşəm dəstək verdiklərini deyərək, "cim bom"un bi il Avropada uğurlu çıxış edəcəyinə inandığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə