Əziz Yıldırım bir neçə saat sonra məhkəmə qarşısına çıxacaq!

Əziz Yıldırım bir neçə saat sonra məhkəmə qarşısına çıxacaq!

Futbol oyunlarının alqı-satqısında ittiham olunaraq Metris həbsxanasında saxlanılan İstanbulun "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım bir neçə saat sonra ilk dəfə olaraq məhkəmə qarşısına çıxacaq. Siasport.az saytı xəbər verir ki, Ə.Yıldırım dünən axşam saatlarında saxlanıldığı Metris həbsxanasından Silivri ədliyyə məhkəməsinə gətirilib. Onunla yanaşı, oyun alqı-satqısında ittiham olunan daha 93 nəfər də bu gün məhkəmədə ifadə verəcək. "Fənərbaxça" azarkeşləri isə artıq dünəndən başlayaraq məhkəmənin keçiriləcəyi binanın yaxınlığında çadırlar quraraq, Ə.Yıldırıma və ittiham olunan digər klub nümayənədələrinə dəstək nümayiş etdirməyə başlayıblar. Türkiyə mətbuatı xəbər verir ki, onların sayı 1000 nəfəri keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə