Türkiyənin \"Trabzonspor\" futbol klubunun hücumçusu Burak Yılmazı heyətində görmək istəyən klubların sayı artmaqdadır. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Türkiyə millisinin gənc forvardına, indi də Almaniyanın nəhəng futbol klublarından sayılan \"Bayern Münhen\" klubu \"elçi düşüb\". Məsələ burasındadır ki, 33 yaşlı xorvatiyalı forvardı İvica Oliçlə yolalrı ayırmağı düşünən \"pivəçilər\", 26 yaşlı perspektivli futbolçunu heyətlərinə qatmağı planlaşdırır. Almaniyada dərc olunan \"Westdeutsche Allgemeine\" nəşri yazır ki, artıq alman təmsilçisinin menecerləri, Türkiyə klubuna bu barədə ilkin təklifini də göndərib. Nəşrin yazdığına görə, \"Trabzonspor\" bu məsələ ilə bağlı yalnız mövsüm başa çatan kimi danışmağın mümkün olacağı barədə alman klubunu xəbərdar edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB