Madrid \"Real\"ının əfsanə futbolçularından sayılan Roberto Karlos, kral klubunun baş məşqçisi Joze Maurinyo barədə açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, dünən keçirilən \"Levante\"-\"Real\" qarşılaşmasından əvvəl meydana çıxaraq topa ilk zərbə endirən braziliyalı forvard, daha sonra kral klubunun prezidenti Florentino Perezlə görüşərək söhbət edib. İspaniya mətbuatına verdiyi açıqlamada R.Karlos J.Maurinyo ilə xeyli söhbət etdiyini, portuqaliyalı futbol mütəxəssisinin hələ uzun zaman \"Real\"ın sükanı arxasında qalmaq istədiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB