\"2012-ci il - İdman ili\" çərçivəsində ARDNŞ-in təşəbbüsü və təşkilatçılığı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə şəhərin Şahmat məktəbində müəssisə, idarə və təşkilatların komandaları arasında şahmat turniri keçirilib.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən SİA-ya verilən məlumata görə, şahmat turnirində 16 komanda, o cümlədən \"Azərikimya\" ilə yanaşı, \"Azərboru\" ASC, Sumqayıt Texnoparkı, \"Bismak\" kimi sənaye müəssisələrinin, Sumqayıt Dövlət Universitetinin, şəhər təhsil və səhiyyə şöbələrinin və s. təşkilatların komandaları iştirak ediblər.
Hakimin püşkatmasından sonra qadın şahmatçıların da daxil olduğu komandalar iki qrup üzrə gərgin mübarizəyə başlayıblar. FİDE-nin beynəlxalq qaydaları və Olimpiya sistemi üzrə keçirilən yarışlarda hər komanda beş şahmatçı ilə təmsil olunub.
İki gün ərzində Sumqayıt şəhər Şahmat məktəbində davam edən yarışlarda \"Azərikimya\" İB-nin komandası daha maraqlı və yaradıcı oyun nümayiş etdirərək, inamlı qələbələr qazanıb və turnirin qalibi olub. İkinci və üçüncü yerləri, müvafiq olaraq, şəhərin səhiyyə şöbəsinin və Sumqayıt Dövlət Universitetinin komandaları tutublar. Qalib komandalar xüsusi diplomlar və pul mükafatları ilə təltif olunub. Şəhər Qaz idarəsinin şahmatçıları həvəsləndirici mükafata layiq görülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB