Azərbaycan taekvondoçuları İsveçdə keçirilən beynəlxalq turnirdə 6 medal qazanıb

Azərbaycan taekvondoçuları İsveçdə keçirilən beynəlxalq turnirdə 6 medal qazanıb

Azərbaycan taekvondoçuları fevralın 11-12-də İsveçdə keçirilən XXI "Trelleborg Open" turnirində iştirak edib. Azərbaycan Taekvondo Federasiyasının mətbuat katibi Sənan Məhərrəmovun Siasport.az saytına verfiyi xəbərə görə, Azərbaycan idmançıları beynəlxalq yarışda 6 medala əldə edə bilib.

Məlumat üçün bildirək ki, Avropa Taekvondo Birliyinin "A" kateqoriyalı yarışında böyüklərdən 3 taekvondoçu qızıl medala layiq görülüb. Onlar aşağıdakı idmançılardır.

63 kq çəki dərəcəsində Ramik Nəzərov

59 kq çəkidə Pərvin Əliyev və

78 kq çəkidə isə Seyidəzim Bədirxanlı

Qeyd edək ki, gənclərdən 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Vladislav Subbotin final görüşündə rəqibinə məğlub olaraq gümüş medalı əldə edə bilib. Qadınlardan Təranə Məmmədova isə bürünc medal qazanıb.

Ümumilikdə idmançılarımız ənənəvi turnirdə 3 qızıl, 1 gümüş və 2 bürünc qazanıb

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə