Ötən gün Almaniyanın Hamburg şəhərində Peşəkar Boks Dünya Çempionatı keçirilib. SİA-nın Almaniyadakı xüsusi müxbirinin verdiyi məlumata görə, çempionatda Azərbaycanı Alman-Azərbaycan mədəniyyət cəmiyyətinin boksçusu İBF-Avropa, TWBA, İBO-Beynəlxalq, İBO-İnter-Continental çempion adına layiq görülmüş bokçumuz Azad Əzizov təmsil edib.
Qeyd edək ki, Azadın döyüşü Xocalı soyqırımının 20 illiyinə həsr olunub və tədbir Almaniyadakı Azərbaycan səfirliyinin, Magdeburg şəhərində fəaliyyət göstərən LBN boks klubunun, Azərbaycan Həvəskar Boks Federasiyasının və Zaksen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan mədəniyyət cəmiyyətinin dəstəyi ilə təşkil edilib. Almaniya, Macarıstan, Türkiyə, Polşa, Gürcüstan, Keniya, Çexiya və başqa ölkələrin iştirak elədiyi çempionatda Azad Əzizovun rəqibi Keniyalı idmançı olub. Rəqib reytinqinə görə, çempionatın ikinci boksçusu hesab edilirdi. Tamamilə dolu olan zalda Azadın azarkeşləri də az deyildi.
Başda Almaniyadakı səfirimiz Pərviz Şahbazov olmaqla soydaşlarımız boksçumuza dəstək verməyə gəliblər. Gərgin keçən 8 raundluq döyüşün sonunda hakimlər heyətinin biri Azada qələbə versə də qalan ikisi bərabərlik işarəsi verib və beləliklə döyüş heç-heçə başa çatıb. Almaniyadakı xüsusi müxbirimiz Şahin Abasovun döyüsdən hazırladığı eksklüsiv fotoreportajı sizə təqdim edirik.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB