Roberto Mançini Karlos Tevezin komandaya qayıtmasına razı olduğunu açıqladı
İngiltərənin "Mançester Siti" futbol klubunun italyan baş məşqçisi Roberto Mançini, argentinalı ulduz futbolçu Karlos Tevezə komandaya qayıtması üçün "yaşıl işıq" yandırıb. Siasport.az saytı xəbər verir ki, komanda rəhbərliyinin "qara dəftərinə" düşən və komandadan uzaqlaşdırılan K.Tevezi hər zaman bağışlaya biləcəyini deyən baş məşqçi, etdiyi səhvləri bir daha təkrarlamayacağı təqdirdə onun əsas heyətdə forma geyməsi üçün heç bir problemin olmadığını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB