Əziz Yıldırım yeni açıqlama ilə çıxış edib!

Əziz Yıldırım yeni açıqlama ilə çıxış edib!
İstanbulun "Fənərbaxça" futbol klubunun hazırda həbsxanada olan prezidenti Əziz Yıldırım yeni açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, vəkilləri vasitəsi ilə yaydığı açıqlama "Fənərbaxça" prezidenti bildirib ki, o apardıqları mübarizənin sonda uğurla nəticələnəcəyinə, haqq-ədalətin sonda öz yerini tapacağına əmindir. Ə.Yıldırım bildirib ki, "Bu gün "Fənərbaxça"nın haqlı olduğuna əmin olan hər kəs sonda qələbə qazanacaq. "Fənərbaxça" prezidenti sözlərini "Mübarizəmiz zülm və zalımlarladır. Bizi birlikdə gözəl günlər gözləyir"sözləri ilə bitirib.

Bütün xəbərlər Facebook səhifəmizdə