Sərbəst və qadın güləşçilərimiz daha bir beynəlxalq turnirdə çıxış edəcək

Sərbəst və qadın güləşçilərimiz daha bir beynəlxalq turnirdə çıxış edəcək

Türkiyənin Ankara şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş turnirdə iştirak edən sərbəst və qadın güləşçilərimiz daha bir beynəlxalq turnirdə iştirak edəcək. Güləş Federasiyasından siasport.az saytına verilən xəbərə görə, Azərbaycanın sərbəst və qadın güləşçiləri Ukraynanın paytaxtı Kiyev şəhərində fevralın 14-16 tarixində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Məlumat üçün bildirək ki, turnirdə iştirak edəcək sərbəst güləşçilər artıq bu gün Kiyevə yola düşüb. Beynəlxalq turnirdə yığma komandamızı 11 idmançı təmsil edəcək və böyüklərdən ibarət yığma komandaya Aslan Ağayev gəclərdən ibarət milli komandaya isə böyük məşqçi Arif Abdullayev rəhbərlik edəcək. Turnirdə iştirak edəcək idmançıların çıxış edəcəyi çəki dərəcələri və adları belədir:

55 kq çəki dərəcəsində Namiq Sevdimzadə,

60 kq çəki dərəcələrində Ağahüseyn Mustafayev, Hacı Əliyev,

66 kq çəki dərəcələrində Emin Əzizov, Zəlimxan Hüseynov,

74 kq çəki dərəcələrində Aleksandr Qostiyev, İbrahim Yusubov,

84 kq çəki dərəcələrində İlya Xomikoyev, Novruz Temrezov,

96 kq çəki dərəcəsində Aslanbek Alborov,

120 kq çəki dərəcəsində isə Əli İsayev çıxış edəcək.

Qeyd edək ki, turnirin proqramına görə, çıxışların ilk günü 48, 55, 63, 72 kq çəki dərəcələrində qadınlar, 55, 66, 84, 120 kq da sərbəst, ikinci gün isə 51, 59, 67 kq çəki dərəcələrində qadın və 60, 74, 96 kq çəkidə isə sərbəst güləşçilər mübarizə aparacaq.


Orxan Faiqov


Bütün xəbərlər Facebook səhifəmizdə