Xəbər verdiyimiz kimi, Azərbaycanın sərbəst və qadın güləşçiləri Türkiyənin Ankara şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edib. Güləş Federasiyasından siasport.az saytına verilən xəbərə görə, Azərbaycan güləşçiləri turnirdə 11 medal əldə ediblər.
Qeyd edək ki, turnirdə güləşçilərimiz 3 qızıl, 4 gümüş, 4 bürünc medal qazanıb. Sərbəst güləşçilərimiz ümumilikdə 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanmaqla 3-cü, qadın güləşçilərimiz isə 1 qızıl, 3 gümüş və 3 bürünc medalla turniri 2-ci yerdə bitirib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB