Könül Nurullayeva: “Ümid edirəm ki, xalqımıza şad xəbər çatdıracağıq\"

Könül Nurullayeva: “Ümid edirəm ki, xalqımıza şad xəbər çatdıracağıq\"
Sabah "Bakı 2020"-nin sifariş kitabı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim ediləcək. Təqdimatla əlaqədar "Bakı 2020"nin təşkilat komitəsinin icraçı direktoru Könül Nurullayeva bu gün jurnalistlər qarşısında müsahibə verib. Məlumat üçün bildirək ki, sabah Azərbaycanın nümayəndə heyəti İsveçrənin Lozanna şəhərinə yola düşür. Müsahibəni sizə oxucularımıza təqdim edirik."İlk növbədə qeyd etmək istəyirəm ki, artıq 8 sentyabr tarixində cənab prezidentimiz sərəncam verib və Olimpiya oyunları ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin qarşısında bir sıra önəmli məsələlər var idi. Biz Beynəlxalq Olimpiya Komitəsi qarşısındakı tələblərin sifariş kitabını hazırlayıb artıq təqdim edirik. Sifariş kitabı deyəndə bəzi insanlar tərəfindən yalnız idmanla bağlı təqdimat nəzərdə tutulur, lakin bu kitabda hər bir detal ətraflı olaraq yazılmışdır. Burda iqtisadiyyat, nəqliyyat sistemi, turizm, mədəniyyat haqda detallar ətraflı şəkildə yazılıb.Qeyd edim ki, biz bu kitabı uğurla başa çatdırdıq, kitabın hazırlanmasında həm yerli, həm də ki beynəlxalq ekspertlər yardımçı oldular.
Onu da qeyd edim ki, olimpiya oyunları ilə bağlı açıqlamalar 15 fevral tarixindən sonra xalqa çatdırılacaq. Sabah rəsmi olaraq Beynəlxalq Olimpiya Komitəsinə sifariş kitabını təqdim edəcəyik. Bununla əlaqədar Azərbaycan nümayəndə heyəti sabah İsveçrənin Lozanna şəhərində BOK-a təşrif buyuracaq.Xatırladım ki, nümayəndə heyətinə cənab nazir Azad Rəhimov rəhbərlik edəcək və bizimlə birlikdə Paralimpiya çempionu İlham Zəkiyev, Olimpiya çempionu Zenfira Mehdəhəddinova, AFFA-nın icraçı direktoru Elxan Məmmədov, həmçinin bir sıra rəsmi şəxslər bizimlə birlikdə səyahət edəcək.
Şəhərlər öz sifariş kitablarını təqdim etdikdən sonra BOK xüsusi kitab tərtib edəcək və burada şəhərlərin müsbət və mənfi cəhətləri göstəriləcək.Onu da vurğulayım ki, 2016-cı il Olimpiya oyunları ilə əlaqədar təqdim olunan sifariş kitabından sonra da belə kitabça dərc olunaraq şəhərlərin mənfi və müsbət cəhətləri haqda məlumat verilmişdi. Məlumat üçün bildirim ki, artıq Doha şəhəri sifariş kitabını rəsmən təqdim edib. Ümumiyyətlə kitabın təqdimatı ilə bağlı dəqiq vaxt verilməsə də Fevralın 15-ə qədər çatdırılması bildirilib. İlk mərhələnin məlumatı mayın 23-də BOK tərəfindən Kanadanın Kvebek şəhərində elan olunacaq. Ümid edirəm ki, bu şad xəbəri xalqımıza çatdıracağıq".

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə