Voleybol üzrə Super Liqa yarışlarında maraqlı nəticələr qeydə alınıb
Voleybolçu qadınlardan ibarət komandalar arasında Super Liqa yarışlarında səkkizinci turun oyunları keçirilib.
Siasport.az saytı xəbər verir ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzində ilk oyun "Azəryolservis" və "İqtisadçı" komandaları arasında keçirilib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda "İqtisadçı" 3:1 (25:13, 25:20, 25:27, 25:17) hesablı qələbə qazanıb.
Daha bir qarşılaşma isə "Bakı" və "Lokomotiv" arasında keçirilib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda "Bakı" 3:1 (20:25, 25:20, 27:25, 25:14) hesabı ilə rəqibini məğlub edib.
Günün son matçı isə "Lokomotiv-Biləcəri" və "Azərreyl" kollektivləri arasında keçirilib. Rəqibini 3:0 (25:15, 25:14, 25:19) hesabı ilə məğlub edən "Azərreyl" 11 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. "Bakı" isə 12 xalla turnir cədvəlinin vahid lideridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB