Aleks penaltini vura bilmədi, "Fənərbaxça" meydanı məğlub tərk etdi!

Aleks penaltini vura bilmədi, "Fənərbaxça" meydanı məğlub tərk etdi!
Dünən Türkiyə Superliqasında 26-cı turun qarşılaşmalarına yekun vurulub. Siasort.az saytı xəbər verir ki, əzəli rəqibi olan lider "Qalatasaray"ın bir gün əvvəl öz meydanında "Kayserispor"u 1:0 hesabı ilə məğlub etməsindən sonra İstanbulun "Fənərbaxça" futbol klubunun səfərdə qələbə qazanmaqdan başqa yolu qalmırdı. Çünki məğlub olacağı təqdirdə, lider "Qalatasaray"la aralarındakı xal fərqi 6-ya çatacaqdı. Amma "Fənərbaxça"nın qorxduğu başına gəlib. Belə ki, səfərdə "Karabükspor"a 1:2 hesabı ilə məğlub olan "sarı lacivərtlilər", artıq çempionluq yolunda ağır bir zərbə alıb. "Fənərbaxça"nın qarşılaşmadan məğlubiyyətlə ayrılmasının bir səbəbi də kapitan Aleks de Souzanın təyin olunan penaltini dəqiq yerinə yetirə bilməməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə