"Barselona" uduzdu, "Real" çempionluğa doğru!

"Barselona" uduzdu, "Real" çempionluğa doğru!

Artıq Madridin "Real" komandasının azarkeşləri öz sevimli komandalarının bu il çempion olacağına daha da çox inanmağa başlayıblar. Siasport.az saytı xəbər verir ki, buna onların əsasları da var. Belə ki, İspaniya La Liqasının 22-ci turu çərçivəsində səfərdə "Osasuna"ya 2:3 hesabı ilə məğlub olan "Barselona" artıq dünən öz meydanında "Betis"i 4:2 hesabı ilə məğlub edən əzəli rəqibi "Real"dan düz 10 xal geridə qalır. Bu isə o deməkdir ki, katalon klubunun çempion olmaq şansı olduqca qəliz məsələdir. Çünki "Real"ın ardıcıl olaraq 3 qarşılaşma meydanı başıaşağı tərk edəcəyi heç cürə inandırıcı deyil. La Liqanın 22-ci turu çərçivəsində keçirilən digər qarşılaşmalarda "Malaqa" "Malyorka"nı,"Valensiya" isə öz meydanında "Sportinq"i darmadağın edib.

"Santander" - "Atletiko" (Madrid) - 0:0

"Osasuna" - "Barselona" - 3:2

"Betis" - "Atletik" (Bilbao) - 2:1

"Espanyol" - "Saraqoza" - 0:2

"Rayo Vallekano" - "Qetafe" - 2:0

"Malaqa" - "Malyorka" - 3:1

"Valensiya" - "Sportinq" (Xixon) - 4:0

"Vilyareal" - "Qranada" - 3:1

"Real" (Madrid) - "Levante" - 4:2

Bütün xəbərlər Facebook səhifəmizdə