Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan Grand-Prix "Winter OBSL 2012" beynəlxalq turnirində iştirak edən Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. 3-cü Rusiya təmsilçisi "Sovmotrans" klubu ilə qarşılaşan millimiz 5:4 hesabı ilə qələbə qazanıb.
Məlumat üçün bildirək ki, Azərbaycan klubunun heyətində çıxış edən Zeynal Zeynalov, Comərd Baxşəliyev, Elvin Quliyev, Nahid Mehrəliyev və Hikmət Bağırov hərəyə bir qolla fərqlənib.
Xatırladaq ki, millimiz növbəti oyununu keçirməyə hazırlaşır. Komandamızın rəqibi yenə Rusiya təmsilçisi "Kristal" komandası olacaq.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB