Fevralın 11-12 tarixlərində Qusarın Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buzadırmanma üzrə Açıq Çempionat start götürüb. Hava və Ekstremal İdman Növləri Federasiyasından siasport.az saytına verilən xəbərə görə, Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən çempionata Rusiya və İran idmançıları da qatılıb.
Qeyd edək ki, çempionatda Azərbaycanı 100 idmançı təmsil edəcək. Qusarda havanın əlverişsiz olmasına baxmayaraq, artıq bu gün yarışın seçim mərhələsi başa çatıb.
Məlumat üçün bildirək ki, iki turdan ibarət olan çempionatın bu gün keçirilən birinci mərhələsində mürəkkəblik üzrə çıxışlar olunub. Sabah isə sürət üzrə yarışlar keçiriləcək. Onu da qeyd edək ki, fevralın 12-də çempionatın final mərhələsi davam edəcək.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB