AFFA baş məşqçiləri Birləşmiş Ərəb Əmirliklərinə göndərir

AFFA baş məşqçiləri Birləşmiş Ərəb Əmirliklərinə göndərir
Məlum olduğu kimi, fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində futbol üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.
Siasport.az saytı xəbər verir ki AFFA rəhbərliyinin və Azərbaycan milli komandasının baş məşqçisinin qərarına əsasən, Unibank Premyer Liqasında çıxış edən bütün klubların baş məşqçiləri ölkə futbol qurumunun vəsaiti hesabına Dubay şəhərinə yollanacaqlar. Klubların baş məşqçiləri fevralın 26-dan martın 1-dək millinin toplanışını, həmçinin hazırlıq prosesi çərçivəsində 2 yoldaşlıq oyununu izləyəcək və təcrübə mübadiləsi aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə