Bakı şəhəri fevralın 28-dən martın 2-ə qədər taekvondo üzrə daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. Taekvondo Federasiyasının mətbuat katibi Sənan Məhərrəmovun siasport.az saytına verdiyi xəbərə görə, 2012-ci il London Yay Olimpiya oyunlarına taekvondo üzrə seçilən hakimlərin sonuncu seminarı Bakıda təşkil olunacaq.
Məlumat üçün bildirək ki, seminara Dünya Taekvondo Federasiyasının nümayəndələri və 30 ölkəni təmsil edəcək hakimlər qatılacaq. Onu da bildirək ki, Azərbaycan Taekvondo Federasiyasının Bakıda yerləşən binası WTF-in regional mərkəzi olduğundan, olimpiya oyunları öncəsi keçiriləcək tədbir Bakıya həvalə olunub.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB