Çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti qələbəsini qazanıb
Xəbər verdiyimiz kimi, Azərbaycanın çimərlik futbolu üzrə milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Grand-Prix "World OBSL 2012" beynəlxalq turnirində iştirak edir.
Siasport.az saytının məlumatına görə, ilk qarşılaşmada Rusiyanın "Podvodnik" klubunu 4:1 hesabı ilə məğlub edən Azərbaycan yığması, ikinci görüşünü də həmin ölkənin "Elmont" klubuna qarşı keçirib.
Məlumat üçün bildirək ki, ikinci Rusiya komandası ilə qarşılaşmada da ölkə seçməmiz 5:4 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, qalibiyyəti gətirən qolların müəllifləri millimizin heyətində çıxış edən Comərd Baxşəliyev, Nahid Mehrəliyev və Elvin Quliyev olub. Comərd Baxşəliyev və Nahid Mehrəliyev dubla imza atıblar. Elvin Quliyev isə aktivinə 1 qol yaza bilib.
Xatırladaq ki, bu gün millimiz növbəti oyununa çıxacaq. Qarşılaşma saat 19:00-da baş tutacaq. Millimizin növbəti rəqibi yenə rus təmsilçisi "Sovmotrans" klubu olacaq.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB