Buzadırmanma üzrə açıq çempionat keçiriləcək

Buzadırmanma üzrə açıq çempionat keçiriləcək
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə 11-12 fevral 2012-ci il tarixlərində Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalədə Buzadırmanma üzrə Açıq Respublika Çempionatı keçirəcək. SIA-nın verdiyi məlumata görə, çempionata Rusiya Federasiyasının, Türkiyə, Gürcüstan və İranın idmançıları da dəvət olunub.

Ümumilikdə 120 idmançının qatılacağı yarış 2 turdan ibarət keçiriləcək. Fevralın 11-də keçiriləcək yarışın I mərhələsində idmançılar mürəkkkəblik üzrə, fevralın 12-də II mərhələsində isə sürət üzrə özlərini sınayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə