PFL 19-cu tur çərçivəsində keçiriləcək oyunların vaxtlarında dəyişiklik edib
Peşəkar Futbol Liqası Azərbaycanda hökm sürən əlverişsiz hava şəraiti ilə bağlı 19-cu tur çərçivəsində keçiriləcək görüşlərin təqvimində yenilik edib. Siasport.az saytının AFFA-nın rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, həftə sonu baş tutacaq qarşılaşmalar martın 7-ə keçirilib.
Məlumat üçün bildirək ki, şənbə günü "Bakı"- "Neftçi" arasında keçiriləcək qarşılaşmanın vaxtı da dəyişdirilərək həmin günə təyin olunub.
Qeyd edək ki, ölkə kubokunun martın 7-ə təyin olunmuş ¼ final oyunları isə bir həftə sonraya keçirilib.
Xatırladaq ki, final mərhələsində keçiriləcək görüşlərin cavab oyunları martın 28-29 tarixlərində baş tutacaq.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB