Futzal üzrə Dünya Çempionatının “Play off” mərhələsinin püşkatma mərasimi keçiriləcək
Futzal üzrə Dünya Çempionatının final mərhələsinə vəsiqə uğrunda Fevralın 11-də, Xorvatiyanın Zaqreb şəhərindəki "Sheraton" otelində \"play-off\" oyunlarının püşkatma mərasimi keçiriləcək. Siasport.az saytının xəbərinə görə, əsas seçmə mərhələsində qrupda birinci yeri tutmuş komandaların rəqibi play-off qrupunda ikinci yeri əldə etmiş yığmalar olacaq.
Məlumat üçün bildirək ki, \"play-off\" çərçivəsində keçiriləcək ilk qarşılaşmalar martın 25-dən 28-dək, cavab görüşləri isə aprelin 8-dən 11-ə qədər müddətində keçiriləcək. "Play-off"-da mübarizə aparacaq komandaların siyahısı aşağıdakı kimi qeyd olunub.
Qrup qalibləri
1. İspaniya
2. İtaliya
3. Serbiya
4. Portuqaliya
5. Ukrayna
6. Çexiya
7. Rusiya
Qrup ikinciləri
1. Norveç
2. Rumıniya
3. Sloveniya
4. Slovakiya
5. Azərbaycan
6. Belarus
7. Macarıstan
Qeyd edək ki, futzal üzrə Dünya Çempionatının final görüşləri Noyabrın 2-dən 18-dək tarixdə Taylandda keçiriləcək.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB