Dünən axşam Bakıda İsveçrənin "Volero Zürich" komandası ilə "Azərreyl" qarşı-qarşıya gəlib. Voleybol Federasiyasından siasport.az saytına verilən xəbərə görə, Çempionlar Liqasının 1/8 final mərhələsində görüşən Azərbaycan klubu 3-0 hesabı ilə qalib gəlib. Oyunun xalları belədir.
25-17,
25-18,
25-14
Qeyd edək ki, səfərdə rəqibə 3-1 hesabı ilə qalib gələn voleybolçu qızlar doğma meydanda daha inamla və gözəl oyun sərgiləyiblər. İlk hissəni 25-17 hesabı ilə qalib gələn "Azərreyl" ikinci hissədə 25-18 hesabı ilə qələbə qazanıb. III set isə görüşün sonuncu seti olub. Belə ki, bu hissədə voleybolçularımız rəqibə 15 xal belə toplamağa imkan verməyib və 25-14, ümumi hesab isə 3-0 olub.
Görüşdə ən yaxşı nəticə göstərən oyunçular da "Azərreyl" klubunun oyunçuları, Polina Rəhimova, Brown Heather Erin, Anzanella Sara olub.
Məlumat üçün bildirək ki, "Azərreyl"in 1/4 final mərhələsindəki rəqibi "Dinamo Kazan"- "Dresdner SC" görüşünün qalibi olacaq.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB