Bu gün İranda “Firdovsi Open” beynəlxalq şahmat turniri başlayıb

Bu gün İranda “Firdovsi Open” beynəlxalq şahmat turniri başlayıb
Bu gün İranın Məşhəd şəhərində mükafat fondu 25 min dollar olan "Firdovsi Open" beynəlxalq şahmat turniri başlayıb. Siasport.az saytı xəbər verir ki, bu turnirdə ölkəmizin idman şərəfini qrossmeysterlər Rəsul İbrahimov (2550), Sərxan Quliyev (2553) və beynəlxalq usta Orxan Abdulov (2429) qoruyurlar. Şahmatçılarımızın rəqibləri İran, Gürcüstan, Rusiya, Özbəkistan, Pakistan, Niderland və Litva idmançıları olacaq. Yarışlar İsveçrə sistemi üzrə 11 turda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə