"Rabitə", "Atom" səddini keçmək gücündədir!

"Rabitə", "Atom" səddini keçmək gücündədir!
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində Polşa təmsilçisi "Atom"la münasibətlərinə aydınlıq gətirəcək Bakının "Rabitə" voleybol klubunda, yüksək əhval-ruhiyyə hökm sürür. Siasport.az saytı xəbər verir ki, "Rabitə" klubunun kapitanı olan Natalya Məmmədova, jurnalistlərə açıqlamasında bildirib ki, onun komanda yoldaşları "Atom" səddini də keçəcəklərinə əmindirlər: "Bakıdakı cavab oyununa nikbin baxırıq. Heç kim bədbinliyə qapılmır. Sözsüz ki, qonaq komandanı qiymətləndirməmək olmaz. Bu bizim üçün çox çətin matç olacaq. Belə revanş matçında özümüzü necə göstərə biləcəyimizi azarkeşlərimiz də görəcək"-deyə N.Məmmədova fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə