İki Azərbaycan voleybol klubu, "Çelenc Cup"ın 1/4 final mərhələsinə yüksəliblər. Siasport.az saytı xəbər verir ki, "Çelenc Cup"ın 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Lokomotiv" və "Bakı" klubları səfərdə rəqibləri ilə münasibətlərinə aydınlıq gətiriblər. Sevindirici haldır ki, hər iki voleybol klubumuz meydanı qalib kimi tərk ediblər. Belə ki, "Lokomotiv" Serbiyanın "Vizura" klubu ilə matçda 3:0 hesabı ilə qələbə qazanıb. "Bakı" isə Xorvatiyada "Rieka" qarşısında gücünü növbəti dəfə nümayiş etdirib. Rəqibinə heç bir şans verməyən komandamız hər 3 setdə üstün oyun nümayiş etdirərək, layiqli qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB