Fabio Kapello Con Terrinin "güdazına" gedib?

Fabio Kapello Con Terrinin "güdazına" gedib?
Artıq məlum olduğu kimi, Fabio Kapellonun "dumanlı albiom" macərası sona çatıb. Siasport.az saytı xəbər verir ki, italyan mütəxəssisin futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi postundan istefa verməsinin əsl səbəbi, sən demə F.Kapello ilə İngiltərə Futbol Federasiyası arasında son günlər yaşanan gərginlik və anlaşılmazlıqla bağlıdır. Bu anlaşılmazlıq isə, daha çox İngiltərə yığmasının aparıcı oyunçusu Con Terridən kapitanlığın alınmasından sonra bu prosesə qarşı çıxan F.Kapella ilə İngiltərə Futbol Federasiyası arasında yaranan söz qarşıdurmasından sonra kəskinləşib. Məsələ burasındadır ki, italyan futbol mütəxəssisi, Federasiyanın C.Terri ilə bağlı çıxardığı qərara öz etirazını bildirmişdi ki, bu da əks reaksiya ilə qarşılaşıb.
İngiltərə Futbol Federasiyası ötən gün verdiyi açıqlamada Kapellonun istefa ərizəsini qəbul etdiklərini bildirib: "Kapellonun istefa ərizəsini qəbul etməyimiz düzgün qərar oldu. Ona İngiltərə yığma komandasına qarşı göstərdiyi xidmətlərə görə, minnətdarlığımızı bildiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə