"Qarabağ Futbol Klubu qış fasiləsi müddətində 3-cü transferini gerçəkləşdirib. Siasport.az saytının klubun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, Vaqif Cavadov, Eltun Yaqublunun ardından komanda 3-cü transferini həyata keçirib. "Qarabağ" Makedoniya millisinin oyunçusu Muarem Muaremi adı çəkilən ölkənin "Rabotniçki" klubundan transfer edib. Qeyd edək ki, 23 yaşlı futbolçu ilə 3.5 illik müqavilə imzalanıb. Məlumat üçün bildirək ki, türkəsilli futbolçu Makedoniyada bütün yaş qruplarında geydiyi formadan sonra hazırda ölkənin milli komandasının heyətində meydana çıxır. M.Muarem "Qarabağ" klubu ilə müqavilə imzadıqdan sonra klubun rəsmi internet səhifəsinə müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik. "Qarabağ kimi böyük camiəyə gəldiyimə görə çox məmnunam. Bu komandadan təklif gələndə düşünmədən razılıq verdim. Bilirəm ki, "Qarabağ" Azərbaycanın ən böyük komandasından biridir. Makedoniya futbolunun əfsanələrindən Artim Şakiri bu klubda oynayıb. Avrokuboklarda uğurlu çıxışından da xəbərim var. 2 il bundan öncə "Qarabağ" Avropa Liqasında "Metallurq"la qarşılaşanda ölkəmdəki oyunu stadionda izləmişdim. O zaman olduqca texnikalı, baxımlı futbol oynayan komanda olduğu bilinirdi. Mən də belə oyun üslubunu sevirəm. "Qarabağ"da hədəfim ilk növbədə çempion olmaqdır. Bilirəm ki, uzun müddətdi çempion ola bilmirik. Deyirlər ki, ayağım yüngüldü (gülür.) "Orduspor" da uzun müddət superliqaya həsrət qalmışdı. Bu sindroma son qoya bildik. "Qarabağ"ın futbolçularından Nedzipi və Pavloviçi öncədən tanıyırdım. Bilirəm ki, yeni komandamda çoxlu milli üzvü var. Göründüyü kimi yüksək səviyyəli komandamız var. İnşallah, "Qarabağ"ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Azarkeşlərimiz bilsin ki, meydanda "Qarabağ"ın qazanması üçün çalışan Muarem görəcəklər".
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB