Azərbaycan güləşçiləri 4 qitə ölkəsinin də iştrakı ilə keçirilən beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan güləşçiləri 4 qitə ölkəsinin də iştrakı ilə keçirilən beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın sərbəst və qadın güləşçiləri beynəlxalq turnirdə iştirak etmək üçün Türkiyəyə səfər edəcək. Güləş Federasiyasının mətbuat katibi Mayis Musayevin siasport.az saytına verdiyi xəbərə görə, Azərbaycan güləşçiləri fevralın 11-12-də Türkiyənin Ankara şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş 40-cı beynəlxalq turnirdə iştirak edəcək. Belə ki, həmin turnirdə Amerika, Avropa, Asiya və Afrika qitələrini təmsil edən Türkiyə, ABŞ, Monqolustan, Cənubi Afrika, Almaniya, Moldova, Yaponiya, Kanada, İran, Gürcüstan, Slovakiya, Bolqarıstan, Qazaxıstan, Polşa və Litva idmançıları mübarizə aparacaq.

Qeyd edək ki, baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərlik etdiyi sərbəst güləşçilərimiz aşağıdakı heyətlə çıxış edəcək.


55 kq-da Mahmud Məhəmmədov, Alib Əliyev,

60 kq-da Toğrul Əsgərov,

66 kq-da Cəbrayıl Həsənov,

74 kq-da Əşrəf Əliyev,

84 kq-da Çamsulvara Çamsulvarayev,

96 kq-da Xetaq Qazyumov, Şərif Şərifov,

120 kq-da Cəmaləddin Məhəmmədov


Qadınlardan ibarət yığma güləşçilərimizə isə Mehman Nəcəfov və Həsrət Məmmədyarov rəhbərlik edəcək. Azərbaycanı təmsil edəcək qadın güləşçilərimizi isə 48 kq-da Kəmalə Əliyeva, Marziget Baqomedova, 51 kq-da Anjela Doroqan, 55 kq-da Yarina Dubrovski, 63 kq-da İrina Netreba, 72 kq-da Zümrüd Qurbanhacıyeva və Natalya Palamarçuk təmsil edəcək.

Məlumat üçün bildirək ki, turnirin görüşlərinin idarə olunmasında Aəzrbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Qərib Əliyev və beynəlxalq dərəcəli hakim Fəraqət Cəlalov iştirak edəcək.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə