Fevralın 11-12-si tarixlərində Azərbaycan taekvondoçuları 21-ci "Trelleborq Open" turnirində iştirak edəcəklər. Siasport.az saytının Taekvondo Federasiyasının mətbuat katibi Sənan Məhərrəmovdan aldığı xəbərə görə, Azərbaycan taekvondoçularının heyətində kKoreyalı məşqçi Con Conqbay, seçmə (gənclərdən ibarət) komandanın baş məşqçisi Gündüz Abdullayev, yeniyetmə idmançıların baş məşqçisi Məmməd Abdullayev iştirak edəcək.
Qeyd edək ki, Avropa Taekvondo Birliyinin "A" kateqoriyalı turnirində Azərbaycan komandasını aşağıdakı idmançılar təmsil edəcək.
42 kq çəki dərəcəsində Zümrüd Məlikova,
44 kq-da Nərminə Məmmədova,
45 kq-da Babək Əjdərli, Kənan Tağıyev,
46 kq-da Təranə Məmmədova,
48 kq- da Ruslan Abbasov,
49 kq-da Şahrun Yusifova,
51 kq-da Elmar Bədəlli,
53 kq-da Aygül Abdullayeva, Fərqanə Qurbanova,
54 kq-da Mikayıl Əliyev və Vüsal Məmmədov,
55 kq-da Ayxan Tağızadə,
58 kq-da Habil Səttarov,
59 kq-da Pərvin Əliyev,
63 kq-da Ramik Nəzərov,
68 kq-da Nicat Əliyev,
74 kq-da Xosrov Əhmədov,
73 kq-da Vladislav Subbotin,
78 kq-da Elnur Məhərrəmov, Seyidəzim Bədirxanlı,
87 kq-da Fərid Tağızadə.
Məlumat üçün bildirək ki, fevralın 9-da yola düşəcək komandamız, 13-də geri qayıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB