Gənclər günü Şabranda qeyd olunub

Gənclər günü Şabranda qeyd olunub
Şabran rayonunda Heydər Əliyev Mərkəzində "Gənclər günü" münasibətilə Şabran rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman idarəsi ilə birgə tədbir keçirildi. Tədbiri açan rayon Gİİ-nin rəisi Süleyman Əliməmmədov ötən il ərzində gənclərlə iş və idman sahəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verdi. "Gənclər günü"nün təsis edilməsini ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi önəmin, yüksək dəyərin bariz nümunəsi adlandırdı.Təhsil şöbəsinin müdiri Emin Mövsümov gənclərin cəmiyyətdə oynadığı roldan, onlara dövlət səviyyəsində göstərilən qayğıdan danışdı. Şəhər R.Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü tam orta məktəb-liseyin şagirdi C.Əfəndiyeva, 4 nömrəli tam orta məktəbin şagirdi G.Tanrıverdiyeva gələcəyimiz olan gənc nəslin təlim-tərbiyəsindən söz açdılar. İkiqat Avropa çempionu, 1 qat dünya çempionu N.Ağamalıyeva idman sahəsində qazanılan uğurlardan, ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətdən danışdı. Azərbaycanın üçrəngli, aylı-ulduzlu bayrağının beynəlxalq arenalarda ən yüksəyə qaldıran N.Ağamalıyeva göstərilən qayğıya, mənəvi və maddi dəstəyə görə rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova minnətdarlığını bildirdi. Gəncliyi qaynar həyat, xoşbəxt gələcəyə baxış, bir ümid adlandıran rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov Azərbaycan ghənclərinin daim ümummilli liderimiz Heydər Əliyevin diqqət mərkəzində olduğunu, dahi şəxsiyyətin qayğısı ilə əhatələndiyini vurğuladı. Natiq qeyd etdi ki, təsis olunan "Gənclər günü" də ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi idi. Belə ki, yalnız bir neçə il sonra beynəlxalq səviyyədə gənclər gününün qeyd olunması rəsmiləşdirildi. Novruz müəllim bildirdi ki, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev də gənclərimizdən öz qayğısını bir an belə əsirgəmir.

Bütün xəbərlər Facebook səhifəmizdə