“Bakı” son yoldaşlıq qarşılaşmasında “Koşitse”yə uduzub

“Bakı” son yoldaşlıq qarşılaşmasında “Koşitse”yə uduzub

Antalyada təlim-məşq toplanışını yekunlaşdıran "Bakı" futbol klubu son yoldaşlıq oyununda qüvvəsini sınayıb.Siasport.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, Slovakiyanın "Koşitse" komandası ilə qarşılaşan "Bakı", rəqibinə 1:3 hesabı ilə məğlub olub. "Bakı"nın heyətində Elvin Məmmədov fərqlənib. "Koşitse" Slovakiyanın tanınmış klublarından sayılır. 1951-ci ildə əsası qoyulan klub 2 dəfə ölkə çempionu, 4 dəfə isə milli kubok uğrunda yarışların qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə