Ukraynanın Krivoy Roq şəhərində təlim-məşq toplanışında, daha sonra isə turnirdə iştirak edən güləş üzrə yeniyetmə qızlardan ibarət yığmamız bu gün vətənə dönüblər. Siasport.az saytı xəbər verir ki, yığma komandanın böyük məşqçisi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanovanın rəhbərliyi altında turnirdə 10 güləşçimiz mübarizə aparıb. 117 güləşçinin iştirak etdiyi turnirdə yeniyetmə qızlarımız ümumilikdə 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Komandamızın heyətində qızıl medalı Sahilə Ələkbərova (40 kq) qazanıb. Gümüş medallara Hanna Pavliv (44 kq), Alyona Kolesnik (56 kq) və Darya Korin (70 kq) sahib olublar. Arzu Əliyeva (46 kq), Almaz İsmayılova (52 kq) və Raqnetta Qurbanzadə (65 kq) fəxri kürsüdə 3-cü pillədə qərarlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB