Vladimir Putin London Olimpiadasında qızıl medal qazanacaq hər rus idmançıya 4 milyon rubl mükafat verəcək
2012-ci ildə Londonda keçiriləcək XXX Olimpiya və XIV Paralimpiya oyunlarında qələbə qazanan Rusiya idmançılarının hər biri 4 milyon rubl, gümüş mükafatçılar 2,5 milyon rubl, bürünc mükafatçılar isə 1,7 milyon rubl məbləğində mükafatlandırılacaq.
Siasport.az saytı xəbər verir ki, bu barədə müvafiq qərarı Rusiyanın Baş naziri Vladimir Putin imzalayıb. RF hökumətinin saytında dərc olunmuş sənədə görə, olimpiadaların qaliblərinin və mükafatçılarının hazırlığını təmin etmiş məşqçilərə və mütəxəssislərə pul mükafatının məbləğini İdman və Turizm Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşma əsasında Olimpiya və Paralimpiya komitələri ilə birlikdə müəyyən edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB