2012-ci il Afrika Millətlər Kubokunda yarımfinala yüksələn son ölkə Tunisi əlavə dəqiqələrdə 2:1 hesabı ilə məğlub edən Qana olub. Siasport.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tunisə qalib gələrək adını yarımfinala yazdıran son ölkə Qana olub. Məlumat üçün bildirək ki, Qabonda baş tutan qarşılaşmada 90 dəqiqə müddətində hər iki qapıya bir qol vurulub. Əlavə olunmuş dəqiqələrdə isə Tunis qapıçısı Aymen Matlutinin 101-ci dəqiqədə yol verdiyi səhvi dəyərləndirən Andre Ayev komandasını irəli keçirən qola imza atıb və Qana matçı 2:1 hesabı ilə öz xeyrinə yekunlaşdıraraq yarımfinalda Zambiyanın rəqibi olub. Qeyd edək ki, turnirin digər yarımfinal qarşılaşması Fildişi Sahilləri ilə Mali arasında oynanacaq. Görüş fevralın 8-də baş tutacaq.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB