Yeniyetmə qızlardan ibarət güləş üzrə Azərbaycan yığması Krivoy-Roqdan 7 medalla qayıdır

Yeniyetmə qızlardan ibarət güləş üzrə Azərbaycan yığması Krivoy-Roqdan 7 medalla qayıdır
Yeniyetmə qızlardan ibarət güləş üzrə Azərbaycan yığması Krivoy-Roqdan 7 medalla qayıdır. SİA-nın Siasport.az saytına istinadən verdiyi xəbərə görə, turnirdə iştirak edən güləşçilərimiz artıq bu gün vətənə qayıdır. Azərbaycan yığma komandasının böyük məşqçisi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanovanın rəhbərliyi altında turnirə yollanan komandanın heyətində 10 nəfər idmançı olub. 117 güləşçinin iştirakı ilə keçirilən turnirdə Azərbaycanın yeniyetmə qızları 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər. Güləş Federasiyasının mətbuat katibi Mayis Musayevin verdiyi məlumata görə, yığmamızın heyətində qızıl medala 40 kq çəki dərəcəsində Sahilə Ələkbərova layiq görülüb. Gümüş medalları komandamıza 44 kq-da Pavliv Hanna, 56 kq-da Alyona Kolesnik, və 70 kq çəki dərəcəsində Korin Darya qazandırıb. Bürünc medalları isə, 46 kq-da Arzu Əliyeva, 52 kq-da Almaz İsmayılova və 65 kq çəki dərəcəsində Raqnetta Qurbanzadə bürünc medal əldə edib.

Xatırladaq ki, qadınlardan ibarət güləş üzrə Azərbaycan yığması Ukraynanın Krivoy-Roq şəhərinə həm təlim-məşq toplanışı keçirmək, həm də beynəlxalq turnirdə çıxış etmək üçün səfər edib.


Orxan Faiq

Bütün xəbərlər Facebook səhifəmizdə