"Valensiya" Arda Turanın komandası ilə bacarmadı...

"Valensiya" Arda Turanın komandası ilə bacarmadı...
İspaniya La Liqasında XXI turun növbəti oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, bu turun dünən keçirilən qarşılaşmalarında maraqlı nəticələr qeydə alınıb. Belə ki, dünən öz meydanında "Atletiko Madrid" futbol klubunu qəbul edən "Valensiya" növbəti xal itikisi ilə qarşılaşıb. Arda Turanın komandası ilə qarşılaşan "yarasalar" qolsuz bərbərliyə razılaşaraq daha iki xal itiriblər. Bundan başqa, səfərdə "Sportinq" (Xixon) klubunun qonağı olan "Osasuna" meydanı bir xalla tərk edib. Hərəyə bir dəfə fərqlənən komandaların duelində qalib müəyyənləşməyib - 1:1. Doğma azarkeşləri önündə "Vilyareal"ı qəbul edən "Sevilya" da turu xalsız başa vurub. Fasiləyə 1:1 bərabərliklə yollanan "Sevilya" ikinci hissədə buraxdığı bir qolla məğlub olub - 1:2.
İspaniya La Liqasında 21-ci tura bu axşam keçirləcək "Qranada" - "Malaqa" oyunu ilə yekun vurulacaq. Keçirilən qarşılaşmaları diqqətinizə çatdırırıq:
"Real" (Madrid)-"Real Soseydad" 2-1
"Levante" - "Santander" - 1:1
"Malyorka" - "Betis" - 1:0
"Atletik" (Bilbao) - "Espanyol" - 3:3
"Qetafe" - "Real" (Madrid) - 0:1
"Barselona" - "Real" (Sosyedad) - 2:1
"Sportinq" (Xixon) - "Osasuna" - 1:1
"Sevilya" - "Vilyareal" - 1:2
"Saraqoza" - "Rayo Vallekano" - 1:2
"Atletiko" (Madrid) - "Valensiya" - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə