Antalya toplanışından sonra iki günlük istirahətə buraxılan "Qəbələ" bu gündən doğma məkanda Unibank Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək "Kəpəz" matçının hazırlıqlarını davam etdirəcək. Siasport.az saytı xəbər verir ki, Qəbələ şəhərinin təmsilçisi, Qəbələdə təbii ot örtüklü meydançaların qar altında qalması səbəbindən məşqlər süni örtüklü meydançalarda baş tutacaq. Amma klubda ciddi itikilər də gözə dəyir. Belə ki, məşq prosesində müalicələri davam edən Vurğun Hüseynov və Rövşən Əmiraslanov iştirak etməyəcəklər. Oğlu dünyaya gələn və bu münasibətlə İngiltərədə olan Deon Bartonun isə sabahdan məşqlərə qatılması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB